Boşdayanmanın tənzimlənməsi Əmək qanunvericiliyinin tələbinə əsasən aparılmalıdır. Belə ki, əgər işçinin təqsiri səbəbindən boşdayanma baş verməyibsə, əmək haqqı işəgötürən tərəfindən əmək haqqının 2/3 -dən az olmayaraq ödənilməlidir. Qanunvericilikdə bununla bağlı ayrı qayda yoxdur. Nə işçinin, nə də işəgötürənin təqsiri olmadığı hallarda işçiyə əmək haqqı ödənilməlidir.
Boşdayanma işçinin arzusu ilə ödənişsiz məzuniyyətlə əvəz edilə bilər, lakin işçi məcbur edilə bilməz.
Əmək haqqı aşağıdakı düsturla hesablanmalıdır:
Əmək haqqı = saatlıq tarif dərəcəsi * işlənilmiş iş saatları + Saatlıq tarif dərəcəsi * 2/3 * boşdayanma saatları
Boşdayanma vaxtı işçilərin qarşılaşdığı digər problemlərlə bağlı suallarınızı Rasslegal.az saytına ünvanlaya bilərsiniz.
Rəy bildir