Müəssisədə çalışan işçiyə xəbərdarlıq göndərilməsi və onun rəsmiləşdirilməsini aşağıdakı qaydada həyata keçirə bilərsiniz. Xəbərdarlığın xəbərnamələri poçt vasitəsilə işçinin yaşayış ünvanına göndərilməsi tövsiyə edilir.
Nümunəvi forma :
“_________” MMC
(vəzifəsi)
__________________________ qızına
(yaşayış yeri:_____________________)
X Ə B Ə R D A R L I Q
Məlum olduğu kimi, ______-ci il tarixində Siz –__________və “___________” MMC arasında “___” nömrəli əmək müqaviləsi bağlanmışdır.
Nəzərinizə çatdırmaq istəyirik ki, tərəfinizdən heç bir üzürlü səbəb bildirilmədən və işəgötürənə məlumat verilmədən ______________-ci il tarixlərində işdə iştirak etməmisiniz.
Bununla əlaqədar olaraq bildiririk ki, tərəfinizdən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrinin kobud pozuntusuna yol verilmiş, Əmək müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş Vəzifə təlimatında göstərilən və əsas əmək funksiyalarına daxil olan əmək intizamı və daxili intizam qaydalarına riayət etməmisiniz.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədikdə onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Tərəfinizdən 5 (beş) gün müddətində __________ ilə əlaqə saxlamağınız tələb olunur. Əks halda, sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir.
“__________” MMC-nin
Direktoru: _____________
Tarix:
One comment on “İŞDƏ İŞTİRAK ETMƏYƏN İŞÇİYƏ GÖNDƏRİLƏN XƏBƏRDARLIQ NECƏ RƏSMİLƏŞDİRİLMƏLİDİR?”
Twicsy
Thanks for sharing your info. I truly appreciate your efforts
and I am waiting for your next write ups thank you once
again.